ACS712 həm AC (dəyişən), həm də DC (sabit) cərəyanı ölçə bilən, Hall effekti (Hall effect) prinsipi ilə işləyən cərəyan sensoru moduludur. Üzərindən keçən cərəyanla mütənasib analoq gərginlik çıxışı verir; bu sayədə Arduino və ESP seriyalı plataların analoq (ADC) pinləri ilə asanlıqla oxunur. Güclü cərəyan keçən yük dövrəsi ilə mikrokontroller arasında elektrik izolyasiyası yaratdığı üçün platana zərər vermədən təhlükəsiz ölçmə imkanı verir. Bazarda adətən 5A, 20A və 30A ölçmə həddi olan üç fərqli versiyası var. Enerji sərfini izləmə, mühərrikin artıq cərəyandan qorunması, günəş paneli / batareya şarj sistemləri və ağıllı evdə enerji izləmə layihələrində tez-tez seçilir.

