CP2102 kompüterin USB portunu TTL serial porta çevirən kiçik çevirici moduldur. Xüsusən ESP-01 və ESP32-CAM kimi öz USB girişi olmayan plataları proqramlaşdırmaq üçün mütləq lazım olan alətdir. Silabs CP2102 mikrosxemindən istifadə edən modulda 3.3V, TXD, RXD, GND və 5V olmaqla 5 TTL pin çıxışı var. 300 bps ilə 1,5 Mbps arasındakı baud rate dəyərlərini dəstəkləyir və Windows, Mac, Linux əməliyyat sistemləri ilə işləyir.

