LM7805 giriş gərginliyini sabit 5 V-a endirən klassik xətti gərginlik stabilizatorudur. Arduino layihələrində xarici qida mənbəyindən gələn gərginliyi 5 V-a çevirmək üçün geniş istifadə olunur. 7 V ilə 35 V arasındakı giriş gərginliyini dəstəkləyir və maksimum 1,5 A cərəyan verə bilir. TO-220 korpusu ilə breadboard üzərində asanlıqla istifadə olunur; güclü cərəyanlı tətbiqlərdə radiator taxmaq tövsiyə olunur.

