ES-104BaşlanğıcPremium
ESP32-CAM Wi-Fi canlı kamera
Ovuc boyda plata ilə telefonda canlı kamera: ESP32-CAM ev Wi-Fi-ına qoşulur və öz veb səhifəsini açır. Serial Monitor-da yazılan ünvanı telefonun brauzerinə yazanda canlı görüntü (MJPEG axını) gəlir. Səhifədəki düymə platanın üzərindəki flaş LED-ini yandırıb söndürür, siyahıdan 320x240 ilə 1280x720 arasında ayırdetmə seçilir. Kodu CH340 USB-TTL çevirici ilə yükləyirsən; yükləyəndə IO0 ilə GND arasına tək jumper naqil kifayətdir.
5.0(1)

Qapının qarşısında, quş yuvasında və ya pişiyin yem qabında nə baş verir? Telefonu aç, bax. Üzərində kamerası olan kiçik plata ev Wi-Fi-ına qoşulur və telefonun brauzerində canlı görüntü açır. Qaranlıqda bir toxunuşla platanın flaşını yandırırsan, görüntü bulanıqdırsa daha yüksək ayırdetməyə keçirsən. Ayrıca tətbiq quraşdırmaq lazım deyil, hər telefonun brauzeri kifayətdir. İlk ESP32-CAM layihən üçün ən asan başlanğıc.
Mənbə kodu
Premium məzmun
Bu layihənin mənbə kodu, blok versiyası və tez-tez verilən suallar Premium üzvlər üçün açıqdır.
- Bütün layihə kodları
- Blok versiyası
- Tez-tez verilən suallar
