AR-166BaşlanğıcPremium
Qaçırmayan sayğac: kəsmə, yoxsa dövr? (Arduino + TM1637)
Eyni düyməyə həm kəsmə (interrupt), həm dövr baxır: TM1637 ekranın solunda dövrün, sağında kəsmənin saydığı basışlar yarışır. Dövr 300 ms-lik yavaş iş görəndə sürətli basışların çoxunu qaçırır (videoda 18 basışdan yalnız 7-si), kəsmə heç birini qaçırmır. MODE düyməsi ilə yavaş işi 0, 100 və 300 ms edib fərqi özün ölçürsən. attachInterrupt, volatile və təhlükəsiz oxuma bu layihədədir.
0.0(0)

Düyməyə sürətlə-sürətlə basanda platanın bəzi basışları saymadığını fərq etmisən? Bu layihədə eyni düyməni iki yolla sayırsan: biri əlindəki işi buraxıb dərhal qaçan kəsmə, o biri növbəsi çatanda baxan dövr. Ekranın iki tərəfində rəqəmlər yarışır və dövr məşğul olanda basışların yarısından çoxu itir. Kəsmənin nə vaxt vacib olduğunu öz gözünlə görürsən.
Mənbə kodu
Premium məzmun
Bu layihənin mənbə kodu, blok versiyası və tez-tez verilən suallar Premium üzvlər üçün açıqdır.
- Bütün layihə kodları
- Blok versiyası
- Tez-tez verilən suallar
