PI-9BaşlanğıcPremium

Raspberry Pi Pico düymə ilə LED yandırma (Push)

Pico ilə ilk giriş layihəsi — düymə oxuma! Düyməyə basdıqca LED yanır, buraxdıqca sönür. Bu layihə LED animasiyalarından sonrakı böyük addımdır: Pico-ya xaricdən siqnal girişi. Yeni öyrəniləcəklər: Pin.IN (giriş rejimi), Pin.PULL_UP (daxili pull-up rezistoru — düymə üçün standart), button.value() oxuması. GP14 LED, GP2 düymə (daxili PULL_UP). Düyməyə basılanda siqnal LOW (0), buraxılanda HIGH (1) olur — bu tərs məntiq əvvəlcə çaşdırıcıdır, amma sənaye standartıdır.

0.0(0)
11 tamamlandı
Raspberry Pi Pico düymə ilə LED yandırma (Push)
Qapı zəngi kimi: düyməyə bassan, LED yanır, əlini çəkən kimi sönür. Raspberry Pi Pico düyməni daim dinləyir; qurmaq üçün bir LED, bir rezistor və bir düymə kifayətdir. Platayə kənardan əmr verməyi ilk dəfə burada görürsən.

Mənbə kodu

Bu layihənin blok versiyası da var. Bloklar da kod kimi Premium ilə açılır. Blok kodlaşdırma nədir?

Premium məzmun

Bu layihənin mənbə kodu, blok versiyası və tez-tez verilən suallar Premium üzvlər üçün açıqdır.

  • Bütün layihə kodları
  • Blok versiyası
  • Tez-tez verilən suallar