Arduino layihələrini kəşf et
Başlanğıcdan qabaqcıla, dövrə sxemli, kodlu və videolu yüzlərlə layihə. Hansı səviyyədəsənsə, ordan başla.

ESP32 temperatur loqqeri (DHT22 + DS1307 RTC + microSD + OLED)
ESP32 ilə zaman etiketli temperatur və rütubət qeydiyyat sistemi qur! Bu layihədə DHT22 sensoru ilə dəqiqədə bir temperatur və rütubət oxuyub DS1307 RTC modulundan aldığın real zaman etiketi ilə microSD karta CSV formatında yazırıq. OLED ekranda iri yazı ilə son temperatur, rütubət faizi, zaman damğası və ümumi qeyd sayı canlı göstərilir.

ESP32 hərəkət siqnalizasiya sistemi (PIR + buzzer + LED + Telegram)
PIR sensoru hərəkət aşkarlayanda buzzer-i və LED-i işə salan, eyni zamanda Telegram vasitəsilə sahibinə ani bildiriş göndərən ağıllı təhlükəsizlik siqnalizasiyası. Təkrarlanan həyəcanların tezliyini məhdudlaşdırmaq üçün 30 saniyəlik gözləmə müddəti (cooldown) var; bu müddət PIR sensorunun yanlış aşkarlamalarını aradan qaldırmır. Ev, qaraj, anbar və ya iş otağı kimi yerlərdə istifadə oluna bilər.

Raspberry Pi Pico mini osiloskop (ILI9341 TFT ekran + potensiometr + PWM test siqnalı)
Laboratoriyadakı osiloskopun tələbə versiyası: Raspberry Pi Pico-nun ADC-si saniyədə minlərlə nümunə alır, ILI9341 rəngli ekranda şəbəkə üzərində siqnal çəkilir. Tetikləmə dalğanı sabit saxlayır; tezlik, doldurma əmsalı və pikdən-pikə gərginlik ölçülür. GP15 öz PWM test siqnalını yaradır, ROLL rejimində iki kanal qrafik yazıcı kimi axır, HOLD görüntünü dondurur. Yalnız 0–3,3 V ölçür.

ESP32 PID ilə top balanslaşdırma (HC-SR04 + servo + I2C LCD + 3 potensiometr)
İdarəetmə mühəndisliyinin klassik təcrübəsi masanda: servo relsi əyir, PID topu hədəfdə saxlayır. Üç potensiometr Kp, Ki və Kd-ni canlı dəyişir: yalnız P ilə top yellənir, D yellənməni söndürür, I relsin kiçik əyriliyini silib topu tam hədəfə oturdur. I2C LCD-də rels, top və hədəf görünür; hər oturmada oturma müddəti və aşma yazılır. SANAL rejimdə top fizika modelində diyirlənir, REAL rejimdə mövqeyi HC-SR04 ölçür.

Raspberry Pi Pico W canlı sinif sorğusu (MQTT + LED halqa + SG90 servo + TM1637)
Sinfin cavabını saniyəsində gör! Raspberry Pi Pico W şagirdlərin telefondan verdiyi A/B/C/D və ya BƏLİ/XEYR səslərini MQTT ilə toplayır; 24 LED-lik halqa canlı pasta qrafikinə çevrilir, SG90 servo ibrə öndə gedən variantı göstərir, TM1637 ümumi səsi sayır. Hər telefon bir səs verir, fikrini dəyişənin son səsi sayılır. Vaxtlı sualda son 5 saniyə bip-bip keçir, sual bitəndə düzgün variant parlayır.

Raspberry Pi Pico labirint ovçusu: nöqtələri ye, kabuslardan qaç (OLED + coystik + buzzer)
80-ci illərin oyun salonlarındakı labirint qovğası indi Raspberry Pi Pico-da: ağzı açılıb-qapanan qəhrəman 0.96 düymlük OLED ekrandakı labirintdə nöqtələri yeyir, iki kabus müxtəlif xasiyyətlərlə dalınca düşür. İstiqaməti coystiklə verirsən, buzzer ham-ham, siren və giriş melodiyasını çalır. Güc nöqtəsi kabusları 6 saniyə qorxudur, artıq ovçu sənsən. 3 can, hər səviyyədə sürətlənən kabuslar və elektrik kəsilsə də silinməyən rekord.

ESP32 ilə çəkən robot qol (3 servo + ILI9341 TFT ekran + 2 düymə)
İki oynaqlı robot qol kağıza ürək, ulduz, ev, spiral və MERHABA yazısı çəkir; üçüncü servo qələmi qaldırıb endirir. ESP32 hər nöqtəni tərs kinematika ilə çiyin və dirsək bucağına çevirir və qolu 0,5 mm-lik addımlarla yeridir; çatmadığı nöqtədə OUT OF REACH yazır. ILI9341 ekranda solğun hədəf şəkil, canlı hərəkət edən qol və qırmızıdan mavi rənginə keçən iz görünür. İki düymə ilə şəkil seçimi, fasilə/davam, ləğv və sürət rejimi.

Dəniz döyüşü: Arduino-ya qarşı (4x4 keypad + 8x8 NeoPixel + buzzer)
Dəftərin arxasında oynanan klassik Dəniz döyüşündə bu dəfə rəqibin Arduino-dur. Arduino hər iki donanmanı gizlicə 8x8 dənizə yerləşdirir; sən 4x4 keypad ilə A1–H8 koordinatı daxil edib atəş açırsan. 8x8 NeoPixel matrisdə tuş qırmızı, boş atış mavi, batan gəmi narıncı yanır, buzzer fit, su səsi və partlayış çalır. Boş atanda növbə Arduino-ya keçir, o da ov rejimi ilə sənin donanmana atəş açır.

ESP32 2048 matrisdə: sürüşdür və birləşdir (8x8 NeoPixel + coystik + buzzer)
Telefonlarda asılılıq yaradan 2048 tipli sürüşdürmə tapmacası bu dəfə 8x8 NeoPixel matrisdə. Taxta 4x4 xanadır, rəqəm yazılmır: hər ədədin öz rəngi var, 2 göy, 2048 qızılı. Coystiklə sürüşdür, eyni ədədlər birləşəndə buzzer ədəd böyüdükcə incələn nota çalır. 2048-də qızılı halqalı təbrik, gediş qalmayanda hesab matrisdə axır, rekord saxlanılır.

Raspberry Pi Pico W Aya eniş: Yanacaq bitməmiş qon (OLED + potensiometr + 2 düymə + buzzer)
1979-cu il oyun zalı klassiki tipli aya eniş indi Raspberry Pi Pico W-də: potensiometr mühərrikin qazı, iki düymə modulun istiqamətidir. Ay cazibəsi modulu həmişə aşağı çəkir, 0,96 düymlük OLED yuxarı sətirdə yanacağı, şaquli və üfüqi sürəti göstərir. Meydançaya 2 m/s-dən aşağı sürətlə dik qonsan, xal qazanırsan; tək çən bitəndə oyun başa çatır. Həm oyun, həm fizika dərsi: qaz tam yarıya qoyulanda modul havada asılı qalır.

Arduino minaaxtaran (8x8 NeoPixel + coystik + buzzer)
Köhnə kompüterlərin əfsanəvi minaaxtaran oyunu tərzində, bu dəfə 8x8 NeoPixel matrisdə. 64 xanadan 10-da mina gizlənib; rəqəm yazılmır, hər rəqəmin öz rəngi var: 1 göy, 2 yaşıl, 3 qırmızı. Coystiklə kursoru gəzdir, qısa bas aç, uzun bas bayraq qoy. Boş xana açılanda sahə növbə ilə dalğa-dalğa açılır; minaya bassan minalar halqa-halqa partlayır, hamısını tapsan göy qurşağı təbrikı və buzzer fanfarı.

Arduino sənaye çeşidləmə lenti: boyuna görə qutu ayıran konveyer (NEMA 17 + A4988 + HC-SR04 + servo + LCD)
Fabriklərdəki çeşidləmə xəttinin masaüstü modeli: NEMA 17 step mühərriki A4988 sürücü ilə lenti dayanmadan axıdır, lentin üstündəki HC-SR04 keçən hər qutunun hündürlüyünü ölçür. Qutu sensordan qola qədər lent addımları ilə izlənir; 6 sm və yuxarı qutunu SG90 servo qol yana itələyir, alçaq qutu yoluna davam edir. I2C LCD alçaq və hündür qutuları sayır, son ölçməni və lentdə izlənən qutu sayını göstərir.
