Arduino layihələrini kəşf et
Başlanğıcdan qabaqcıla, dövrə sxemli, kodlu və videolu yüzlərlə layihə. Hansı səviyyədəsənsə, ordan başla.

2x16 LCD ekrana mesaj yazdırma
Ekranlara yazı yazmağın ilk addımı. İki sətirlik LCD ekran əvvəlcə gözləmə mesajı göstərir, sonra üst sətrə salam yazır və alt sətrə bir sözü makina kimi hərf-hərf əlavə edir; ardınca ekran…

LCD ilə sağa-sola çırpılan yazı
LCD ekranın üst sətrində BLUEGRAYS yazısı bir kənardan o birinə sürüşür, divara çırpılan top kimi geri qayıdır və bu heç bitmir.

LCD ekran ilə məsafə ölçmə
Xətkeşsiz məsafə ölçən alət: əlini sensorun qarşısında irəli-geri apar, rəqəm dəyişsin.

7 seqmentli displeydə 0-99 say yazdırma
Kalkulyatorlardakı kimi çubuqlardan ibarət iki rəqəmli göstərici 0-dan 99-a qədər sayır.

7 seqmentli displey və düymələrlə sayğac
Üç düymeli sadə sayğac: birinə basdıqca ekrandakı rəqəm bir artır, digərinə basdıqca bir azalır, üçüncüsü sıfıra qaytarır.

4x4 keypad və LCD ekranla şifrə tətbiqi
Düzgün şifrəni bilməyənin girə bilmədiyi kiçik elektron qapı kilidi. Kvadrat düyməsinə basıb şifrəni klaviaturadan daxil edirsən; şifrə düzgündürsə ekranda giriş icazəsi yazılır, yaşıl LED yanır və…

OLED T-Rex Run: Arduino dinozavr oyunu
İnternet kəsiləndə çıxan dinozavr oyunu artıq masandadır: kiçik OLED ekranda dinozavr qaçır, kaktuslar üstünə gəlir və sən bir düymə ilə tullanırsan.

Ağıllı elektron seyf
Qiymətli əşyalarını saxlaya biləcəyin, şifrə ilə açılan kiçik seyf. Düymə panelindən dörd rəqəmli şifrəni daxil edirsən; düzgündürsə servo mühərrik kilidi açır, yaşıl işıq yanır və ekran seyfin…

Enigma şifrələmə maşını: 3 rotorlu şifrələmə (Arduino + KY-040 + I2C LCD)
KY-040 enkoderi ilə hərf seçib basırsan, I2C LCD-də şifrələnmiş hərf görünür və üç rotor bir addım fırlanır; eyni hərf hər basışda başqa hərfə çevrilir. Şifrəli mətni eyni açarla yenidən yazanda açıq mətn geri qayıdır: videoda AAA açarı ilə UNO, ZQN oldu; ZQN yazılanda yenə UNO çıxdı. Rotor cədvəlləri, ikiqat addım, əks etdirici və açılışda 26 açarla işləyən öz-özünə test bu layihədədir.
