Layihələr · Arduino / ESP32 / Pico

Arduino layihələrini kəşf et

Başlanğıcdan qabaqcıla, dövrə sxemli, kodlu və videolu yüzlərlə layihə. Hansı səviyyədəsənsə, ordan başla.

OLED T-Rex Run: Arduino dinozavr oyunu
AR-87Qabaqcıl
Premium

OLED T-Rex Run: Arduino dinozavr oyunu

İnternet kəsiləndə çıxan dinozavr oyunu artıq masandadır: kiçik OLED ekranda dinozavr qaçır, kaktuslar üstünə gəlir və sən bir düymə ilə tullanırsan.

4.7(33)
53
Piksel ilan: 8x8 matris
AR-88Qabaqcıl
Premium

Piksel ilan: 8x8 matris

Klassik ilan oyununu özün qur və oyna. Rəngli 8x8 işıq matrisində yaşıl ilanı coystiklə idarə edib qırmızı almaları yeyirsən; hər almada ilan uzanır, bir az sürətlənir və xalın kiçik rəqəm ekranında…

4.7(39)
57
Matris ilan 16x16
AR-89Qabaqcıl
Premium

Matris ilan 16x16

Klassik ilan oyunu, bu dəfə 256 işıqdan ibarət nəhəng LED ekranda. Yaşıl ilanı coystiklə idarə edib qırmızı almaları toplayırsan; hər almada ilan uzanır, xalın kiçik rəqəm ekranında artır və oyun bir…

4.8(52)
67
Arduino yaddaş oyunu (4 LED + 4 düymə + buzzer)
AR-93Qabaqcıl
Premium

Arduino yaddaş oyunu (4 LED + 4 düymə + buzzer)

Yaddaşına güvənirsən? Dörd rəngli LED ardıcıl yanır və hər biri öz notunu çalır; sən də eyni ardıcıllığı düymələrə basaraq təkrarlayırsan.

4.8(46)
69
Dəniz döyüşü: Arduino-ya qarşı (4x4 keypad + 8x8 NeoPixel + buzzer)
AR-139Qabaqcıl
Premium

Dəniz döyüşü: Arduino-ya qarşı (4x4 keypad + 8x8 NeoPixel + buzzer)

Dəftərin arxasında oynanan klassik Dəniz döyüşündə bu dəfə rəqibin Arduino-dur. Arduino hər iki donanmanı gizlicə 8x8 dənizə yerləşdirir; sən 4x4 keypad ilə A1–H8 koordinatı daxil edib atəş açırsan. 8x8 NeoPixel matrisdə tuş qırmızı, boş atış mavi, batan gəmi narıncı yanır, buzzer fit, su səsi və partlayış çalır. Boş atanda növbə Arduino-ya keçir, o da ov rejimi ilə sənin donanmana atəş açır.

Arduino minaaxtaran (8x8 NeoPixel + coystik + buzzer)
AR-145Qabaqcıl
Premium

Arduino minaaxtaran (8x8 NeoPixel + coystik + buzzer)

Köhnə kompüterlərin əfsanəvi minaaxtaran oyunu tərzində, bu dəfə 8x8 NeoPixel matrisdə. 64 xanadan 10-da mina gizlənib; rəqəm yazılmır, hər rəqəmin öz rəngi var: 1 göy, 2 yaşıl, 3 qırmızı. Coystiklə kursoru gəzdir, qısa bas aç, uzun bas bayraq qoy. Boş xana açılanda sahə növbə ilə dalğa-dalğa açılır; minaya bassan minalar halqa-halqa partlayır, hamısını tapsan göy qurşağı təbrikı və buzzer fanfarı.

Enigma şifrələmə maşını: 3 rotorlu şifrələmə (Arduino + KY-040 + I2C LCD)
AR-160Qabaqcıl
Premium

Enigma şifrələmə maşını: 3 rotorlu şifrələmə (Arduino + KY-040 + I2C LCD)

KY-040 enkoderi ilə hərf seçib basırsan, I2C LCD-də şifrələnmiş hərf görünür və üç rotor bir addım fırlanır; eyni hərf hər basışda başqa hərfə çevrilir. Şifrəli mətni eyni açarla yenidən yazanda açıq mətn geri qayıdır: videoda AAA açarı ilə UNO, ZQN oldu; ZQN yazılanda yenə UNO çıxdı. Rotor cədvəlləri, ikiqat addım, əks etdirici və açılışda 26 açarla işləyən öz-özünə test bu layihədədir.