Layihələr · Arduino / ESP32 / Pico

Arduino layihələrini kəşf et

Başlanğıcdan qabaqcıla, dövrə sxemli, kodlu və videolu yüzlərlə layihə. Hansı səviyyədəsənsə, ordan başla.

ESP32 LDR ilə gecə lampası
ES-10Başlanğıc
Premium

ESP32 LDR ilə gecə lampası

Qaranlıqda LED-in avtomatik yandığı, işıqda söndüyü gecə lampası. LDR sensor modulunun D0 (digital out) pinindən istifadə olunur — modulun üzərindəki kiçik potensiometrlə qaranlıq həddi tənzimlənir, modulun özü HIGH/LOW çıxış yaradır. ESP32 yalnız digitalRead() ilə bu siqnalı oxuyur, kod çox sadədir.

4.6(17)
30
ESP32 LDR modulu ilə işıq şiddətinin oxunması
ES-11Başlanğıc

ESP32 LDR modulu ilə işıq şiddətinin oxunması

LDR modulunun xam ADC dəyərini və qaranlıq/işıqlı istinadlara görə hesablanan nisbi işıq faizini Serial Monitor-da real vaxtda izləmək. Bu faiz lux ölçməsi deyil. Modulun kalibrləmə məntiqini öyrədir. 10-cu layihədən əvvəl etmək idealdır; çünki hədd dəyərini müəyyən etmək üçün istifadə olunur.

4.6(36)
55
ESP32 qulaq yaşı testi: bu səsi eşidirsənmi? (dinamik + pot + I2C LCD + düymə)
ES-75Başlanğıc
Premium

ESP32 qulaq yaşı testi: bu səsi eşidirsənmi? (dinamik + pot + I2C LCD + düymə)

Sosial mediadakı "bu səsi eşidirsən?" testinin masaüstü forması: dinamik 8 kHz-dən 20 kHz-ə addım-addım yüksələn siqnallar çalır, eşitmədiyin an düyməyə basırsan. I2C LCD sonuncu eşitdiyin tezliyi və təxmini qulaq yaşını yazır, pot səs səviyyəsini tənzimləyir. Əyləncə üçündür, tibbi eşitmə testi deyil; səsi qısıq başlat.

ESP32 pilləkən pianosu: hər pillə bir nota (5 LDR + 5 LED + buzzer)
ES-80Başlanğıc
Premium

ESP32 pilləkən pianosu: hər pillə bir nota (5 LDR + 5 LED + buzzer)

Dünyaca məşhur piano pilləkən təcrübəsi sənin masanda: hər pillədəki LDR işıq qapısı ayağın kölgəsini tutur, ESP32 həmin pillənin notunu buzzer-də çalır və LED-ini yandırır. Pillələr Do Re Mi Fa Sol-dur; açılışda hər LDR otağın işığını ölçüb həddini özü qurur. Pilləkəni başdan sona qalxanda yüksələn, enəndə alçalan melodiya çalır.

ESP32 buzlanma xəbərdarlığı: sabah səhər şüşə donacaq? (DHT22 + I2C LCD + 2 LED + buzzer)
ES-88Başlanğıc
Premium

ESP32 buzlanma xəbərdarlığı: sabah səhər şüşə donacaq? (DHT22 + I2C LCD + 2 LED + buzzer)

Səhər maşının şüşəsini qaşımağa son: DHT22 xarici havanın temperaturunu və rütubətini ölçür, ESP32 şeh nöqtəsini hesablayır və şüşənin gecə donub-donmayacağını deyir. I2C LCD temperaturu, rütubəti və şeh nöqtəsini göstərir; yaşıl LED SAFE, yanıb-sönən qırmızı RISK, sabit qırmızı və buzzer siqnalı FROST deməkdir. Hava son bir saatda sürətlə soyuyursa, gecə üçün də xəbərdarlıq edir.

ESP32 Plank məşqçisi: Belin düşəndə siqnal verir (MPU-6050 + I2C LCD + Buzzer)
ES-96Başlanğıc
Premium

ESP32 Plank məşqçisi: Belin düşəndə siqnal verir (MPU-6050 + I2C LCD + Buzzer)

Kürəyinə yapışdırdığın MPU-6050 bədənin bucağını izləyir, ESP32 isə plank müddətini LCD-də sayır. Bel düşəndə qalın, qalxanda nazik siqnallarla xəbərdarlıq edir və müddət həmin anda dayanır; duruşu düzəldəndə qaldığı yerdən davam edir. 3 saniyə ərzində toparlanmasan, plank bitir və müddətin ekrana çıxır. Ən yaxşı müddətin rekord kimi platada saxlanılır, qidanı çıxarsan da silinmir. Yeni ildə idmana başlamaq qərarı verənlər üçün dürüst məşq yoldaşıdır.

ESP32 Bluetooth temperatur və rütubət (DHT11)
ES-109Başlanğıc
Bluetooth

ESP32 Bluetooth temperatur və rütubət (DHT11)

ESP32 və DHT11 sensoru ilə otağın temperaturunu və rütubətini telefonundan canlı izlə: iki ölçü qutusu və qrafik hər 2 saniyədən bir yenilənir, internet lazım deyil. Bu layihə tətbiqdəki Temperatur və rütubət Bluetooth şablonunun addım-addım bələdçisidir. Emalatxanam › Cihazlarım › Yeni cihaz əlavə et › Bluetooth yolunu izlə, şablonu seç, Kodu al ilə kodu plataya yüklə. Bu səhifədəki Bluetooth paneli kimi qur düyməsi sehrbazı hazır açır.

ESP32 Bluetooth park sensoru (HC-SR04)
ES-113Başlanğıc
Bluetooth

ESP32 Bluetooth park sensoru (HC-SR04)

HC-SR04 ilə maneəyə qədər məsafəni ölç, telefonundakı paneldə santimetrlə izlə; maneə yaxınlaşdıqca buzzer daha tez-tez səslənir. İnternet lazım deyil. Bu layihə tətbiqdəki Park sensoru Bluetooth şablonunun addım-addım bələdçisidir və ESP32 ilə qurulur. Emalatxanam › Cihazlarım › Yeni cihaz əlavə et › Bluetooth yolunu izlə, Park sensoru şablonunu seç, Kodu al ilə kodu plataya yüklə. Bu səhifədəki Bluetooth paneli kimi qur düyməsi də sehrbazı bu şablonla açır.

ESP32 həyəcan ölçən: OLED-də canlı qrafikli yalan detektoru oyunu (gərginlik bölücü + SSD1306 + buzzer)
ES-115Başlanğıc
Premium

ESP32 həyəcan ölçən: OLED-də canlı qrafikli yalan detektoru oyunu (gərginlik bölücü + SSD1306 + buzzer)

Dostlar üçün yalan detektoru tipli əyləncə oyunu: iki barmağını folqa elektrodlara qoyursan, ESP32 əvvəlcə sakit baza səviyyəni ölçür. Suallar çətinləşdikcə dəri müqaviməti düşür, gərginlik bölücünün çıxışı yüksəlir: OLED-də canlı qrafik qalxır, biplər cıngıltılı olur, ani sıçrayışda siren səslənir. Tur sonunda ən yüksək faiz və son dörd oyunçunun rekord siyahısı çıxır. Əyləncə üçündür, real yalan aşkarlama deyil.