Arduino UNO R4 WiFi
Komponentlər

Arduino UNO R4 WiFi

0.0(0)
1
Arduino UNO R4 WiFi klassik Uno ilə eyni ölçüdə və pin düzülüşündə olan, amma xeyli güclü platadır. Əsas prosessor 48 MHz-lik 32 bitlik Renesas RA4M1-dir (256 KB flash, 32 KB RAM); platadakı ESP32-S3 modulu Wi-Fi və Bluetooth (BLE) əlaqəsini təmin edir. Ön tərəfdə kodla şəkil çəkilə bilən 12x8 qırmızı LED matris, USB-C girişi, 12 bitlik DAC (A0), real vaxt saatı (RTC), CAN şinası və Qwiic konnektoru var. Pinləri 5 V ilə işlədiyi üçün Uno üçün hazırlanmış şildlərin və modulların çoxu birbaşa taxılır. Wi-Fi üçün WiFiS3, matris üçün Arduino_LED_Matrix kitabxanasından istifadə olunur. Uno R3 kodlarının çoxu işləyir; birbaşa AVR registrlərinə müraciət edən köhnə kodlar (məsələn, Timer1 kitabxanaları) dəyişdirilməlidir. Veb server, internet saatı, hava proqnozu ekranı və IoT layihələri üçün uyğundur.

Bu komponentin istifadə olunduğu layihələr

UNO R4 WiFi matrisində axan yazı və animasiya
AR-169Başlanğıc
Premium

UNO R4 WiFi matrisində axan yazı və animasiya

UNO R4 WiFi-ın üzərindəki 12x8 LED matris üçün tək hissə belə lazım deyil. Bu layihədə matrisdə əvvəlcə yazı sağdan sola axır, sonra ürək üç dəfə döyünür və gülən üz göz vurur. Serial Monitor-a öz yazını yazıb Enter düyməsinə basanda matrisdə o axır. ArduinoGraphics ilə yazı sürüşdürməyi, 8x12-lik massivlərlə öz animasiya kadrlarını çəkməyi öyrənirsən.

UNO R4 WiFi veb server ilə rele və LED
AR-170Orta
Premium

UNO R4 WiFi veb server ilə rele və LED

UNO R4 WiFi ev Wi-Fi-na qoşulur və öz veb səhifəsini açır. Telefonunun brauzerindəki iki böyük düymə ilə releni (lampa LED-i) və ikinci LED-i yandırıb-söndürürsən; ayrıca tətbiq lazım deyil. Platanın IP ünvanı açılışda LED matrisdə sürüşür, sonra matris vəziyyəti iki simvolla göstərir: solda lampa, sağda LED. R4-ə məxsus WiFiS3 kitabxanası ilə veb server qurmağı öyrənirsən.

UNO R4 WiFi internet saatı: NTP və matris
AR-171Orta
Premium

UNO R4 WiFi internet saatı: NTP və matris

Heç ayarlamadığın saat: UNO R4 WiFi Wi-Fi-a qoşulur, internetdəki NTP serverindən vaxtı alır və platanın içindəki RTC-ni (real vaxt saatı) qurur. Saat və dəqiqə 12x8 LED matrisdə sürüşür, ən alt sətir saniyələri dolan çubuqla göstərir. Saat hər 6 saatdan bir internetdən düzəldilir; fişi çıxarıb taxanda yenə özü düzgün vaxta qayıdır. Əlavə hissə lazım deyil.

UNO R4 WiFi DAC ilə melodiya və dalğa generatoru
AR-172Orta
Premium

UNO R4 WiFi DAC ilə melodiya və dalğa generatoru

Klassik Arduino yalnız qoşub-ayıraraq səs çıxarır; UNO R4-ün 12 bit DAC-ı isə dinamikə real dalğa göndərir. Bu layihədə düymə ilə dörd rejim arasında keçirsən: melodiya (Sevinc nəğməsi), sinus, kvadrat və mişar dalğası. Melodiyada pot tempi, dalğalarda tezliyi 100-1000 Hz arasında tənzimləyir. 12x8 LED matris cari dalğanın formasını sürüşdürərək və ya çalınan notları piano rulonu kimi göstərir.