AR-169BaşlanğıcPremium

UNO R4 WiFi matrisində axan yazı və animasiya

UNO R4 WiFi-ın üzərindəki 12x8 LED matris üçün tək hissə belə lazım deyil. Bu layihədə matrisdə əvvəlcə yazı sağdan sola axır, sonra ürək üç dəfə döyünür və gülən üz göz vurur. Serial Monitor-a öz yazını yazıb Enter düyməsinə basanda matrisdə o axır. ArduinoGraphics ilə yazı sürüşdürməyi, 8x12-lik massivlərlə öz animasiya kadrlarını çəkməyi öyrənirsən.

0.0(0)
UNO R4 WiFi matrisində axan yazı və animasiya
Platanı USB-C ilə kompüterə qoş, kodu yüklə: platanın ortasındakı 96 qırmızı LED canlanır. Əvvəlcə yazı axır, sonra ürək döyünür, ən sonda gülən üz sənə göz vurur. Serial Monitor-a adını və ya mesaj yazanda matrisdə o axır. Naqilə, breadboard-a, lehimə ehtiyac yoxdur. Öyrənəcəklərin: LED matrisin sətir və sütun məntiqi, kadrın sıfır və birlərlə çəkilməsi, ArduinoGraphics ilə yazı sürüşdürmə və Serial Monitor-dan məlumat oxuma. Öz simvollarını çəkib animasiyanı genişləndirmək üçün yaxşı başlanğıcdır.

Mənbə kodu

Premium məzmun

Bu layihənin mənbə kodu, blok versiyası və tez-tez verilən suallar Premium üzvlər üçün açıqdır.

  • Bütün layihə kodları
  • Blok versiyası
  • Tez-tez verilən suallar