ESP32
Komponentlər

ESP32

5.0(306)
498
ESP32-WROOM (38 pin) bazarda "ESP32 DevKit V1" adı ilə də tanınan, ESP8266 seriyasının təklif etdiyi hər şeyi ikiqat artıran əsl performans canavarıdır. Bu platanı ESP8266-dan ayıran ən kəskin xüsusiyyət iki nüvəli (Dual-Core) prosessorudur: nüvələrdən biri Wi-Fi/Bluetooth trafikini idarə edir, digəri sənin kodunu işlədir. Daxili Wi-Fi-a əlavə olunan Bluetooth (həm Classic, həm BLE) dəstəyi sayəsində smartfonlarla birbaşa əlaqə qura və ya simsiz qulaqlıq kimi cihazlara məlumat göndərə bilər. 38 pinli geniş quruluşu ilə demək olar ki, hər sensor üçün ayrıca giriş təklif edən bu model toxunma pinləri (Touch Sensor), Hall effekti (maqnit) sensoru və daha dəqiq analoq oxuma (ADC) imkanları ilə təchiz olunub. Üzərindəki daxili stabilizator və USB-Micro girişi ilə birbaşa kompüterə qoşulan bu plata həm peşəkar IoT həlləri, həm də yüksək hesablama gücü tələb edən mürəkkəb robot layihələri üçün ən balanslı qiymət/performans məhsuludur.

Bu komponentin istifadə olunduğu layihələr

ESP32 LDR ilə gecə lampası
ES-10Başlanğıc
Premium

ESP32 LDR ilə gecə lampası

Qaranlıqda LED-in avtomatik yandığı, işıqda söndüyü gecə lampası. LDR sensor modulunun D0 (digital out) pinindən istifadə olunur — modulun üzərindəki kiçik potensiometrlə qaranlıq həddi tənzimlənir, modulun özü HIGH/LOW çıxış yaradır. ESP32 yalnız digitalRead() ilə bu siqnalı oxuyur, kod çox sadədir.

4.6(17)
30
ESP32 RGB LED idarəsi
ES-9Başlanğıc

ESP32 RGB LED idarəsi

3 ayrı LED əvəzinə tək RGB LED ilə qeyri-məhdud rəng yaratmaq. Arduino-dakı kimi analogWrite() ilə R/G/B dəyərlərini tənzimləyərək göy qurşağı keçidi edirik. Rəng nəzəriyyəsi (red+green=yellow kimi) praktik olaraq görünür.

4.6(29)
52
ESP32 PWM ilə LED sönməsi (Fade)
ES-8Başlanğıc

ESP32 PWM ilə LED sönməsi (Fade)

LED-in parlaqlığını yumşaq şəkildə 0-dan maksimuma, maksimumdan 0-a dəyişmək. Arduino-dakı kimi analogWrite() ilə PWM idarəsi edirik — ESP32 Arduino Core 3.0+ ilə eyni sintaksis problemsiz işləyir. Pin təyini + pinMode + analogWrite kifayətdir.

4.8(36)
55
ESP32 polis mayakı effekti
ES-7Başlanğıc
Premium

ESP32 polis mayakı effekti

Qırmızı və göy LED qruplarını sürətlə yanıb-söndürərək polis maşını mayakı simulyasiyası. 2-şər LED qrupu ilə effekt daha dramatik olur. Sürətli toggle nümunəsi və qrup idarəsinin nümunəsi.

4.6(21)
36
ESP32 qaçan işıq
ES-6Başlanğıc

ESP32 qaçan işıq

6 LED-in ardıcıl olaraq soldan sağa, sağdan sola hərəkəti (Knight Rider üslubu). For dövrü və massiv (array) istifadəsinin əsas nümunəsi. İstiqamət dəyişmə məntiqini öyrədir.

4.5(19)
33
ESP32 LDR modulu ilə işıq şiddətinin oxunması
ES-11Başlanğıc

ESP32 LDR modulu ilə işıq şiddətinin oxunması

LDR modulunun xam ADC dəyərini və qaranlıq/işıqlı istinadlara görə hesablanan nisbi işıq faizini Serial Monitor-da real vaxtda izləmək. Bu faiz lux ölçməsi deyil. Modulun kalibrləmə məntiqini öyrədir. 10-cu layihədən əvvəl etmək idealdır; çünki hədd dəyərini müəyyən etmək üçün istifadə olunur.

4.6(36)
55
ESP32 Buzzer ilə melodiya çalmaq
ES-12Başlanğıc
Premium

ESP32 Buzzer ilə melodiya çalmaq

Passiv buzzer ilə sadə melodiya (Twinkle Twinkle Little Star) çalmaq. Arduino-dakı kimi tone() və noTone() funksiyaları ilə nota çalırıq — ESP32 Arduino Core 3.0+ ilə eyni sintaksis işləyir. Passiv buzzer istifadə olunmalıdır (aktiv buzzer melodiya çalmır).

4.8(30)
55
ESP32 hərəkət siqnalizasiya sistemi (PIR + buzzer + LED + Telegram)
ES-41Qabaqcıl
Premium

ESP32 hərəkət siqnalizasiya sistemi (PIR + buzzer + LED + Telegram)

PIR sensoru hərəkət aşkarlayanda buzzer-i və LED-i işə salan, eyni zamanda Telegram vasitəsilə sahibinə ani bildiriş göndərən ağıllı təhlükəsizlik siqnalizasiyası. Təkrarlanan həyəcanların tezliyini məhdudlaşdırmaq üçün 30 saniyəlik gözləmə müddəti (cooldown) var; bu müddət PIR sensorunun yanlış aşkarlamalarını aradan qaldırmır. Ev, qaraj, anbar və ya iş otağı kimi yerlərdə istifadə oluna bilər.

9
ESP32 potensiometr ilə LED parlaqlığı (analoq → PWM)
ES-13Orta
Premium

ESP32 potensiometr ilə LED parlaqlığı (analoq → PWM)

Bu layihədə potensiometrlə LED parlaqlığını analoq olaraq idarə edirik. ESP32-nin ADC pini potensiometrdən gələn 0-3.3V gərginliyi oxuyur, sonra bu dəyər PWM (Pulse Width Modulation) siqnalına çevrilərək LED-ə göndərilir. Beləliklə potensiometri çevirdikcə LED pilləli şəkildə parlayır və sönür. Arduino Core 3.0+ ilə analogWrite() birbaşa istifadə oluna bilər; ESP32-S2/S3-də ADC dəqiqliyi 12-bitə sabitlənir.

4.5(19)
32
ESP32 HC-SR04 ultrasəs məsafə ölçəni
ES-14Orta

ESP32 HC-SR04 ultrasəs məsafə ölçəni

HC-SR04 ultrasəs sensoru göndərdiyi səs dalğasının cisimə çarpıb geri qayıtma müddətini (Time of Flight) ölçərək məsafəni hesablayır. Bu layihədə ESP32 ilə TRIG pininə 10 mikrosaniyəlik impuls göndərib, ECHO pinindən gələn əks-səda müddətini pulseIn() ilə oxuyacağıq. Hesablanan məsafəni sm ilə 16x2 I2C LCD-də göstərəcəyik. HC-SR04 5V ilə işlədiyi üçün ECHO pininə gərginlik bölücü məcburidir — əks halda ESP32-nin 3.3V GPIO-su zədələnir.

4.9(29)
48
ESP32 DHT22 temperatur və rütubət (LCD ekranlı)
ES-15Orta

ESP32 DHT22 temperatur və rütubət (LCD ekranlı)

DHT22 sensoru ilə mühitin temperaturunu və rütubət nisbətini ölçüb 16x2 I2C LCD ekranda real vaxtda göstərən layihədir. Adafruit DHT kitabxanasından istifadə edilərək tək naqilli (one-wire) protokolla sensordan məlumat oxunur. Bu layihə IoT hava stansiyası, ağıllı ev avtomatlaşdırması və ya istixanalarda mühit izləmə sistemlərinin əsasını təşkil edir. DHT22 ilə əlaqə ESP32-nin GPIO 4 pini üzərindən təmin olunur.

4.8(38)
57
ESP32 ilə LED yandırma
ES-1Başlanğıc

ESP32 ilə LED yandırma

ESP32 ilə əsas GPIO çıxışından istifadəni öyrədir. LED-i rəqəmsal pindən yandırıb söndürərək yanıb-sönmə effekti əldə edirik. Arduino UNO-dakı klassik blink layihəsinin ESP32 versiyasıdır; Arduino mühitindəki əsas blink əmrləri eynidir, lakin ESP32-nin pin yerləşməsi və 3,3 V GPIO səviyyələri Arduino UNO-dan fərqlidir.

4.7(37)
108

Əlaqəli alətlər