ES-17OrtaPremium

ESP32 I2C LCD ekran (16x2)

Bu layihədə 16x2 simvol LCD ekranı I2C protokolu ilə ESP32-yə qoşaraq mətn göstəririk. I2C sayəsində ekranı yalnız 2 data pini (SDA və SCL) ilə idarə edə bilirik; klassik paralel qoşulmadakı 6+ pin israfı aradan qalxır. Kod birinci sətirdə sabit mesaj, ikinci sətirdə isə hər saniyə artan sayğac göstərir. Əlavə olaraq başlanğıcda I2C skaneri işlədib ekranın ünvanını Serial Monitor-a yazdırırıq (adətən 0x27 və ya 0x3F).

4.9(23)
40 tamamlandı
ESP32 I2C LCD ekran (16x2)
Üzərinə yazı yaza bildiyin iki sətirlik kiçik ekranı ESP32-yə cəmi dörd naqillə qoşursan. Üst sətirdə salamlama yazısı durur, alt sətirdəki sayğac hər saniyə bir artır; ESP32 açılışda ekranı özü tapır və ünvanını kompüter ekranına yazır. Saatlar, termometrlər və menyulu cihazlar belə ekranlarla hazırlanır.

Mənbə kodu

Bu layihənin blok versiyası da var. Bloklar da kod kimi Premium ilə açılır. Blok kodlaşdırma nədir?

Premium məzmun

Bu layihənin mənbə kodu, blok versiyası və tez-tez verilən suallar Premium üzvlər üçün açıqdır.

  • Bütün layihə kodları
  • Blok versiyası
  • Tez-tez verilən suallar