Arduino layihələrini kəşf et
Başlanğıcdan qabaqcıla, dövrə sxemli, kodlu və videolu yüzlərlə layihə. Hansı səviyyədəsənsə, ordan başla.

Raspberry Pi Pico ilə 2 LED növbəli yanma (Blink-Flip nümunəsi)
Pico-nun tək LED-indən sonrakı addım: iki LED-i növbə ilə yandırıb söndürən klassik flip-flop animasiyası. Bir LED sönəndə digəri yanır; çoxsaylı GPIO idarəsinin ən əsas nümunəsi. Bu layihədə iki fərqli rəngli LED (qırmızı GP14, yaşıl GP13) hər 500 ms-də yer dəyişir. MicroPython-un Pin.toggle() metodu ilə kod çox qısa və oxunaqlı olur.

Raspberry Pi Pico svetofor (3 LED ardıcıl)
Qırmızı, sarı və yaşıl LED-lərlə real svetofor məntiqini canlandırırıq; Pico seriyasının 3 LED-ə keçən ilk layihəsi! Yaşıl 4 saniyə "keç", sarı 1,5 saniyə "hazırlaş", qırmızı 3 saniyə "dayan" və qırmızı+sarı 1 saniyə "yola düş" deyir (Avropa svetofor sxemi). Bu layihədə funksiya təyin etməyi (def all_off()), vəziyyət maşını məntiqini və çoxlu GPIO sinxronizasiyasını öyrənəcəksən.

Raspberry Pi Pico polis mayakı effekti (qırmızı + göy strobe)
Polis maşınının mayak işığını Raspberry Pi Pico ilə ən sadə şəkildə simulyasiya edirik! Qırmızı və göy LED növbə ilə yanır (flip-flop): qırmızı yananda göy sönür, 0,3 saniyə sonra yerlərini dəyişirlər və bu sonsuza qədər davam edir. Kod tək while True dövründə iki addımı birbaşa yazır; sürət WAIT_MS sabiti ilə tənzimlənir.

Raspberry Pi Pico 3-lü polis mayakı (3 burst flip-flop, 2 LED)
Polis mayakı layihəsinin ritmik variasiyası — 3 burst flip-flop! Dövrə eynidir (GP11 qırmızı + GP12 göy), amma naxış fərqlidir: qırmızı LED 3 dəfə sürətlə yanıb-sönür, sonra göy 3 dəfə yanıb-sönür və sonsuza qədər davam edir. Bu "burst + keçid" naxışı real polis siren işığının ən tanınmış naxışıdır. Yeni öyrəniləcəklər: parametrli funksiya def burst(led, count, duration_ms), ritm dizaynı, eyni dövrədə kodla fərqli vizual effekt yaratmaq.

Raspberry Pi Pico qaçan LED / Chasing LED (6 LED)
Pico ilə klassik "qaçan LED" animasiyası, 6 LED versiyası! 6 LED soldan sağa növbə ilə yanıb-sönür, sanki işıq cərgə boyunca qaçır. Bu layihədə Python siyahısını (LED_PINS = [14, 13, 12, 11, 10, 9]), list comprehension-u, for dövrü ilə pin idarəsini və enumerate() funksiyasını öyrənəcəksən. GP9-GP14 pinlərinə 6 LED qoşulur, hər birində 220Ω cərəyan məhdudlaşdırıcı rezistor var.

Raspberry Pi Pico qaçan işıq / Knight Rider (6 LED irəli-geri)
Pico ilə klassik "qaçan işıq" (Knight Rider) LED effekti! 6 LED əvvəl soldan sağa qaçır, sonra sağdan sola qayıdır, sonsuza qədər. 80-ci illərin məşhur serialındakı KITT maşınının ön barmaqlığı kimi. Bu layihə Qaçan LED layihəsinin üst versiyasıdır: eyni 6 LED dövrəsi (GP9-GP14), fərqli kod naxışı. Yeni öyrəniləcəklər: reversed() funksiyası ilə siyahını tərsinə çevirmək, iki ayrı for dövrü ilə irəli-geri naxış və eyni dövrədə bir neçə animasiya yaratmaq.

Raspberry Pi Pico düymə ilə LED yandırma (Push)
Pico ilə ilk giriş layihəsi — düymə oxuma! Düyməyə basdıqca LED yanır, buraxdıqca sönür. Bu layihə LED animasiyalarından sonrakı böyük addımdır: Pico-ya xaricdən siqnal girişi. Yeni öyrəniləcəklər: Pin.IN (giriş rejimi), Pin.PULL_UP (daxili pull-up rezistoru — düymə üçün standart), button.value() oxuması. GP14 LED, GP2 düymə (daxili PULL_UP). Düyməyə basılanda siqnal LOW (0), buraxılanda HIGH (1) olur — bu tərs məntiq əvvəlcə çaşdırıcıdır, amma sənaye standartıdır.

Raspberry Pi Pico düymə ilə LED yandırma (Toggle)
Düymə ilə LED — bir səviyyə yuxarı! Burada düyməni basılı saxlamaq lazım deyil: bas və burax → LED yanır, yenidən bas və burax → LED sönür (toggle). Dövrə eynidir (LED GP14, Düymə GP2), amma kod fərqlidir. Öyrənəcəkların: edge detection (pinin 1-dən 0-a düşdüyü anı tutmaq), state tracking, debounce (düymənin mexaniki sıçrayışını süzmək). MicroPython-un led.toggle() metodu vəziyyəti tək sətirdə dəyişir.

Raspberry Pi Pico ilə 2 düymə ilə 2 LED-in müstəqil idarəsi
2 düymə, 2 LED, bir-birindən tamamilə müstəqil! Hər düymə öz LED-ini idarə edir: BTN1-ə basanda qırmızı LED, BTN2-yə basanda yaşıl LED yanır. İkisinə eyni anda bassan, iki LED də yanır (paralel işləmə). Bu layihədə bir neçə Pin obyektini birlikdə idarə etməyi, Python-un qısa if-else-i olan ternary operatorunu (1 if x else 0) və GPIO xəritəsini (GP12/13 LED çıxışı, GP4/5 düymə girişi) öyrənirsən.

Raspberry Pi Pico PWM ilə LED Fade (nəfəs effekti)
LED artıq sadəcə yanıb-sönmür, nəfəs alır! Raspberry Pi Pico-nun PWM (Pulse Width Modulation, impuls eni modulyasiyası) xüsusiyyəti ilə LED-in parlaqlığı yavaş-yavaş artır, sonra yavaş-yavaş azalır; yuxu rejimindəki noutbukun işığı kimi sakit "nəfəs" effekti. Bu layihədə machine.PWM sinfini, duty_u16() ilə 0–65535 arası 16 bit parlaqlıq dəyərini və PWM tezliyini öyrənirsən.

Raspberry Pi Pico RGB LED rəng dövrü (3 kanallı PWM)
Tək LED, milyonlarla rəng! RGB LED-in içində əslində 3 ayrı LED var: qırmızı, yaşıl və göy. Pico-nun 3 ayrı PWM kanalı ilə hər birinin parlaqlığını ayrıca tənzimləyəndə rənglər qarışır: qırmızı + yaşıl = sarı, yaşıl + göy = firuzəyi, üçü birdən = ağ. Bu layihədə LED 8 rəng arasında növbə ilə dövr edir.

ESP32 Pomodoro taymeri (NeoPixel halqa + düymə + buzzer)
Dərs işləyərkən telefona baxmamaq üçün masaya işıqlı taymer! 24 LED-lik NeoPixel halqa qalan vaxtı saat sifərblatı kimi göstərir: iş qırmızı, qısa fasilə yaşıl, hər 4 işdən sonra gələn uzun fasilə göy. Son 5 saniyədə halqa yanıb-sönür və passiv buzzer tik səsi verir, faza bitəndə göy qurşağı təbriki başlayır. Tək düymə ilə başlat, dayandır, sıfırla; hamısı delay() istifadə etmədən ESP32 ilə.
